İnsan resursaları şöbəsinin direktoru

Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Nur Collection

Vəzifə öhtəlikləri:

İnsan Resurslarına dair prosedurları hazırlanması və izlənməsi;
İR strategiyasının hazırlanmasıvə hayata keçirilməsi;
İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarəti;
İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edilməsi;
Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
İcrasında olan işlər üzrə qanunvericiliyə edilmiş dəyişikliklərin müvafiq proseslərə tətbiqi.
İR siyasətlərinin, prosedurlarının və pozitiv iş mühitini təşviq etmək üçün təşəbbüslərinin həyata keçirilməsi və inkişaf etdirilməsi, həmçinin əmək qanunlarına riayət olunmasının təmin edilməsi;
İşçi münasibətləri, faydalar, siyasətlər və prosedurlar daxil olmaqla müxtəlif İR ilə bağlı məsələlərdə işçilərə dəstək və təlimatların təmin edilməsi;
Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin edir.
Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir.
İllik məzuniyyət qrafiklərini nəzarətdə saxlamaq, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Tələblər:

İR üzrə minimum 5 illik iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı;
Problemləri həll etmə bacarığı;
Güclü ünsiyyət bacarıqları
Sürətli qərar qəbul etmə bacarıqları;
İş şəraiti:

Maaş: Razılaşma yolu ilə
İş vaxtı: 09:00–dan 18:00 dək; 6-cı günlər(09:00-14:00)
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan-Masazır dairəsi