İş Təsviri
Kartaş LTD (Mr.Fix)
Sumqayıt və ətraf ərazilərdə qalan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
İlkin mühasibat sənədlərinin (qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktları və s.) tərtib edilməsi və emalı.
Bank əməliyyatlarının (ödəniş tapşırıqları, bank çıxarışları və s.) hazırlanması və mühasibat proqramında əks etdirilməsi.
Kassa əməliyyatlarının aparılması və kassa hesabatlarının hazırlanması.
Debitor və kreditor hesablaşmalarına nəzarət.
Mühasibat sənədlərinin arxivləşdirilməsi.
Rəhbərliyin digər mühasibatlıqla bağlı tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Mühasibatlıq üzrə ali və ya orta ixtisas təhsili.
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (arzuolunandır).
Mühasibatlıq proqramları (1C, Mikro və s.) ilə işləmək bacarığı.
MS Office proqramları (xüsusilə Excel) ilə yaxşı işləmək bacarığı.
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.
Komandada işləmək bacarığı.
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
İş Şəraiti
Yer: Sumqayıt Kimya Sənaye Parkı.
Qrafik: Həftədə 5 gün, 08:00–17:00.
Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.