İş Təsviri
Ajouré Atelier
Ajouré – Bakının mərkəzində yerləşən, fərdi tikiliş və kirayə ziyafət libasları təklif edən atelye və butikdir. Gündəlik işlərin təşkili və müştəri yönümlü proseslərin dəstəklənməsi üçün komandamıza administrativ assistent axtarırıq.
Əsas vəzifələr:
Müştəri bazasının aparılması, kassaya və anbara dair gündəlik hesabatların qeydiyyatı
Dərzilər ilə sifariş qrafiklərinin planlaşdırılması və izlənməsi
Müraciətlərin cavablandırılması (Instagram, WhatsApp və digər kanallar üzrə)
Podratçılarla operativ əlaqələrin qurulması (kimyəvi təmizləmə və digər gündəlik ehtiyaclar)
Butik daxilində təşkilati işlərin təşkili və axının nəzarətdə saxlanılması
Rəhbərlik tərəfindən verilmiş digər administrativ tapşırıqların yerinə yetirilməsi
Tələblər:
Müştəri ilə ünsiyyətdə real təcrübə (satış, reception və ya ofis işi sahəsində)
Azərbaycan dilində səlis, qrammatik cəhətdən düzgün yazışma bacarığı
Nizamlı, operativ, diqqətli və məsuliyyətli iş yanaşması
İş şəraiti
Ünvan: 28 May / Sahil ərazisi, Xəqani 69A
İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 09:00–18:00
Əməkhaqqı: Təcrübəyə əsasən 500-700 azn