SQL-Developer

Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Ateshgah Sigorta

Vəzifə öhdəlikləri:

MS SQL Server ilə iş
Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi.
Namizədə tələblər:

Təhsil: Ali
İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
Məlumat bazasının strukturu üzrə biliklər;
Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
Digər RDBMS ilə işləmə bacarığı (Oracle,MySQL,PostgreSQL və.s) arzuolunandır;
Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
İş şərtləri:

İş vaxtı: I-IV günlər 09:00 – 18:00, V-gün 09:00 – 17:00
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:

Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat