Tibbi çağrı mərkəzinin operatoru

Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Insurance

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR

Tibb üzrə ali təhsil;
Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.
TƏCRÜBƏ

Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
BACARIQLAR

Ünsiyyət qurmaq bacarığı;
Qeyri standart vəziyyətə cəld reaksiya vermək.