Müştəri Əlaqələri və Satış Əməliyyatları üzrə Mütəxəssis (Ehtiyat Hissələri)

Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Javiddo Group

Komandamıza qoşulacaq, dinamik və məsuliyyətli yeni əməkdaş axtarırıq!

Əsas vəzifə və öhdəliklər:

Müştərilərlə telefonla ilkin və davamlı əlaqələrin qurulması, danışıqların aparılması
Daxil olan sorğuların sistemə qeyd olunması və datalaşdırılması
Sifarişlərin qəbulu və sənədləşdirilməsi
Sifarişlərin çatdırılmasına nəzarət edilməsi
Müştəri borclarının təsdiqlənməsi
Müştəri məmnuniyyəti sorğularının keçirilməsi
Dövri hesabatların akt formasında hazırlanması
Şirkətlə əməkdaşlıq etmək istəyən potensial müştərilərlə danışıqların aparılması
Lazım olduğu halda digər şöbələrə müvafiq məlumatların ötürülməsi
E-commerce saytlarda şəkillərin yerləşdirilməsi
Rəhbərliyin göstəriş verdiyi digər işlər
Namizəddən tələblər:

Satış və ya müştəri xidməti sahəsində minimum 1 il təcrübə
Yüksək ünsiyyət bacarığı və analitik yanaşma
Rus dili biliyi arzu olunandır
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığına malik
Ofis proqramlarında sərbəst işləmək qabiliyyəti (PowerPoint,Excel, Word)
Təklif etdiklərimiz:

Əmək haqqı: 700 AZN-dən başlayaraq, nəticələrə əsasən artım mümkündür
Nahar şirkət tərəfindən təmin olunur
Stabil və peşəkar kollektiv
Karyera inkişafı və təlim imkanları
Geniş müştəri portfeli ilə işləmək təcrübəsi
İş rejimi:

I–V günlər: 09:00–18:00
VI gün: 09:00–16:00