Mexanik

May 20, 2025
Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

North West Construction

Vəzifə öhdəlikləri:

Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
Tabeçiliyində olan işçilərin (çilingər və mexanizatorlarin) iş müdetində faydalı iş əmsalına nəzarətə cavabdehlik
Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi
Namizədə Tələblər:

Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə)
Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 3-5 il iş təcrübəsi
Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilmə
Texniki diaqnostika avadanlıqları ilə işləmək bacarığı
Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq bacarığı
Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək qabiliyyəti
Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem olmamalı
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə vasitələrindən istifadə vərdişi
Məsuliyyətli, operativ və intizamlı olmaq
Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət