Mühasib (Təcrübəli)

May 20, 2025
Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

İsmixanlı MMC

İş barədə məlumat:

İş yeri: Bakı
İş rejimi: Tam ştat
Təcrübə: Minimum 2 il
Əmək haqqı: Müsahibə əsasında
İşin təsviri:
İSMİKHANLI MMC komandamıza maliyyə və mühasibatlıq sahəsində təcrübəyə malik, məsuliyyətli və detallara diqqətli mühasib axtarır. Namizəd vergi, əmək haqqı, kassa və bank əməliyyatlarını müstəqil şəkildə icra edə bilməli və hesabatlılıq prosesinə tam nəzarət etməlidir.

Əsas vəzifələr:

Gündəlik mühasibat əməliyyatlarının aparılması (kassa, bank, mal-material, avans və s.)
Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi
Əmək haqqı, məzuniyyət və digər ödənişlərin hesablanması
DSMF, Statistika və Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
Vergi qanunvericiliyinə uyğun əməliyyatların düzgün aparılması
Mühasibat uçotunun və arxiv sənədlərinin düzgün şəkildə aparılması
Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması
Tələblər:

Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
Mühasib kimi minimum 2 il iş təcrübəsi
Vergi Məcəlləsi və müvafiq qanunvericilik üzrə biliklər
1C (və ya Logo, SAP) mühasibat proqramında sərbəst işləmə bacarığı
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
Dəqiqlik, məsuliyyət və analitik düşüncə
Azərbaycan, Rus və İngilis dili arzuolunandır.