Marketinq üzrə menecer

Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

GFC MMC

İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi

Namizədə aid tələblər:

30-45 yaş arasında;
Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsil arzu olunandır);
Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
3 ildən çox marketinq sahəsində təcrübə olması;
Səlis azərbaycan və rus dili bilikləri;
Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir;
Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.
Əsas vəzifə və öhdəliklər:

Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.
İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı-2000 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.