İş Təsviri
Meridian – 2014
Tələblər:
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ya ingilis dili bilikləri üstünlükdür);
Məsuliyyətli, dəqiq və komandada işləməyi bacaran biri olmaq;
Səliqəli görünüş.
Vəzifələr:
Satışda olan məhsullar (qiymət, model, xüsusiyyətlər) haqqında müştərilərə dolğun məlumat vermək;
Vitrinlərin səliqəsinə və təmizliyinə nəzarət etmək;
Müştərilərə seçimdə yardım göstərmək;
Müştəri bazasının genişləndirilməsində iştirak etmək.
Təklif etdiklərimiz:
Saat bazarında tanınmış brendlərlə işləmək imkanı;
Peşəkar inkişaf üçün yerli və beynəlxalq təlimlər;
Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Əmək haqqı: 550 AZN + satışdan bonuslar;
İş rejimi: 6 günlük iş həftəsi;
Növbəli iş qrafiki:
I növbə: 10:00 – 19:00
II növbə: 13:00 – 22:00