İş Təsviri
Azera Holding
İş barədə məlumat:
Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
Vəzifə təlimatlarının hazırlanması;
İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda məzuniyyət cədvəlinin tərtibatı;
İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikasına riayət edilməsi;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq Rəhbərliyə hesabatlar hazırlayıb təqdim edilməsi;
Rəhbərliyin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
Təhsil: Ali təhsil
Dil bilikləri: Azərbaycan dili, ingilis dili, rus dili
İş təcrübəsi: Müvafiq sahədə 3 il
Kompüter bilikləri: MC Office, 1C biliklərinə malik olmaq
Müvafiq sahədə təlimlərdə, kurslarda iştirak etmiş namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
ƏM uyğun rəsmiləşdirilmə
5 günlük iş qrafiki
Əmək haqqı: 1000-1200 AZN