İş Təsviri
Antaris QSC
İş barədə məlumat
– İş qrafiki 6 gün; (şənbə – qısa iş günü)
– İstirahət günü həftədə 1 gün( Bazar günü)
– Əmək haqqı 600 AZN
– İş ünvanı: Binəqədi qəs., Binəqədi şossesi, Polis Bölməsindən sonra Binəqədi Bravo SM yaxınlığı.
– Anbara daxil olan məhsulların sənədlər üzrə qəbulu, anbara təsnifatı üzrə yerləşdirilməsi, sıralama, çeşidləmə;
– Anbardan çıxan malların müvafiq sənədlər üzrə yığılıb təhvil verilməsi;
– Qəbul zamanı malların müşayiətedici sənədlərə uyğunluğunu yoxlayıb Anbar üzrə supervayzera hesabat vermək;
– Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri istifadə etməklə mallara nişan vurmaq;
– Düzgün texniki üsullar və avadanlıqlardan istifadə etməklə qablaşdırılmış malları təlimatlara uyğun olaraq anbara daxil etmək və anbardan çıxarmaq;
– Texniki təhlükəsizlik qaydalarına riayət etmək;
Namizədə tələblər
– Yaş: 20-45
– Cəld, məsuliyyətli, işgüzar, səliqəli və çalışqan olmalı;
– Praktiki sağlam olmaq, fiziki işlərə maneənin olmaması;
– Azərbaycan vətəndaşlığı olmalı;
– Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
– Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
– Kollektivdə işləmək bacarığı;