Tətbiq üzrə kiçik mütəxəssis

Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

U and R Company

İş şəraiti:

İş yeri: Şirkətin ofisi
İş rejimi: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Vəzifə öhdəlikləri:

Yeni layihələrin uğurlu start alması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;
Şirkətin yeni partyorları ilə layihələrin tələblərini, mərhələləri dəqiqləşdirmək və gündəlik əməliyyat proseslərində effektiv dəstək vermək;
1C-ERP sistemləri qurmaq üçün addımların ardıcıllığı üzrə texniki komandaya tapşırıqlar tərtib etmək, vaxtında və keyfiyyətli icrasına təmin etmək:
Yeni qurulmuş 1C-ERP sistemlərin funksiyalarını test edib texniki nasazlıqları vaxtında aşkarlayıb aidiyyəti komandaya bildirmək;
1C-ERP sistemlərin istifadə qaydaları ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq aktual vəziyyətdə saxlanılmasını təmin etmək.
Namizədə dair tələblər:
Təhsili:

Ali (Biznes informatikası, iqtisadiyyatın maliyyə, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir )
Bu vəzifə ilə bağlı zəruri iş təcrübəsi:
Uyğun sahədə ilkin iş təcrübəsi arzuolunandır;
Dil bilikləri:

Azərbaycan dili – C1 səviyyə (sərbəst işgüzar yazılı və şifahi ünsiyyət)
Rus dili – B1 səviyyə;
İngilis dili – əlavə üstünlükdür
Kompüter bilikləri, texniki bacarıqlar:

MS Office proqramlarında sərbəst işləmək (xüsusilə MS Excel üzrə);
ERP sistemləri və biznes prosesləri (maliyyə, insan resursları, təchizat zənciri və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;
Yumşaq bacarıqlar:

Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;
Məsuliyyətli, intizamlı, dəqiq;
Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.