Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis

Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Golden Pay

Vakansiyanın tələbləri:

Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr);
İş təcrübəsi: müvafiq sahə üzrə 2 il;
Azərbaycan dili: səlis (yazı və danışıq); İngilis dili – səlis, Rus dili – Arzuolunandır;
Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər;
MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
Analitik təhlil etmə qabiliyyəti;
Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:

Təşkilatın daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
Təşkilatın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində;
Daxili tədqiqatların aparılması: Daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq;
Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat tərtib etmək;
Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi məqsədilə tövsiyyələr vermək;
Daxili təhqiqat prosesləri zamanı Təşkilatın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflər vermək;
Təşkilatdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasının nəzarətini təmin etmək;
Təşkilatdaxili departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
İcra olunmuş audit kənarlaşmaları üzrə dövrü sınaqlar aparmaq;
Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər təşkilatdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək olunması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.