İş Təsviri
Improtex Industries
Tələb Olunan Biliklər:
Texniki sahə üzrə ali təhsil ( Hidravlika üzrə, maşınqayırma texnologiyaları, cihazqayırma mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, mexanika mühəndisliyi kimi ixtisaslar üstünlükdür)
Texniki sahə üzrə təcrübə (xüsusən hidravlika üzrə)
Tələb Olunan Bacarıqlar:
Ölçmələrin , müşahidələrin və eksperimentlərin aparılması texnikasını , nəzarət ölçü cihazlarını və onlardan istifadə qaydalarını;
Hidravlik avadanlıqların (istifadə olunan avadanlığın) texniki və konstruktiv xüsusiyyətlərini , təyinatını , işləmə prinsipini və istismar qaydalarını;
Avadanlıqların parametrlərini , işləmə prinsip və xüsusiyyətlərini, montaj ve demontajını
Müşahidə metodlarını və defektin aşkar edilməsi qaydalarını ;
Hidravlika üzrə nəzəri bilikləri , terminləri , prosesləri ;
Boruların və şlanqların test olunması qaydaları ;
Boruların və şlanqların yuyulması qayda və prinsiplərini ;
Şlanqların hazırlanması və boruların başlıqlarına (fitinqlərin və şlanq başlıqlarının) taxılması qaydalarını ;
Boruların , fittinqlərin , şlanqların və şlanq başlıqlarının növlərini ,təzyiqə görə təyin olunma qaydalarını və təyinatı üzrə işləmə yerlərini ;
Hidravlik şlanqların, turbaların ,klapanların , silindirlərin, motorların təmiri və təzyiq sınağını ;
Maye qaz mexanikasını;
Hidravlik sxemlərin oxunması və tərtib edilməsini
Solidworks, Catia, AutoCad programlarından istifadəni
Ansys Workbench (Arzu olunandır)
Eskiz və datasheet’lər ilə işləməyi
Yeni hidravlik sistemlərin layihələndirilməsini, hesablamaların aparılmasını, modelləşdirmə və istehsalata tətbiq etməyi;
İş barədə məlumat:
Layihələrdə işlənəcək materialların siyahısını hazırlamaq ;
Layihədə istifadə (olunan) olunacaq avadanlıqlarını yoxlamaq və onlara təmir,xidmət, test işlərini həyata keçirmək , təşkil etmək ;
Avadanlıqların montaj və demontajının keyfiyyətli və düzgün yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək .
Texniki sənədlərin və spesifikasiyaların hazırlanması.
Layihə sənədlərini texniki normativlərə uyğun şəkildə tərtib etmək
Yeni hidravlik sistemlər layihələndirilmək, hesabat aparmaq, modelləşdirmək və istehsalata tətbiq etmək
Hidravlik sxemləri tərtib etmək.
Şirkətin istehsal etdiyi məhsulların təkminləşdirilməsi və yeni məhsulların istehsalı üçün hər zaman araşdırma və tətqiqat aparmaq.
İş şəraiti:
Ünvan: Qaradağ ray. Səlyan şossesi
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
6 günlük iş rejimi ( Həftədə 1 dəfə istirahət)
İş saatı: 09:00-dan 17:00-dək
Şənbə günü 09:00-dan 15:00-dək
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Yaş həddi: 25-35
Kompyuterdə sərbəst çalışmağı bacarmalı
Ezamiyyətlərə açıq olmalı