İş Təsviri
PFM Catering
Vəzifə və Öhdəlikləri:
Əmək və nizam-intizam qaydalarına riayət etmək.
Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, çərəz və məzələrin, kulinar məmulatların (kükülər, soyutmalar, tərəvəz, balıq, quş və ətdən hazırlanan digər qəlyanaltılar) hazırlanması və hazırlatdırılması.
İşgənələrin (ət suyu, həlimlərin yarmadan, ətdən, balıqdan, sümükdən, tərəvəzdən və s.), adi, mürəkkəb, unlu, südlü, duru, qatı, soyuq, şirin və s. şorbaların hazırlanması və hazırlatdırılması.
Xörək əlavələrinin və qəlyanaltılarının müxtəlif növlərinin hazırlanması; ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin hazırlanması və hazırlatdırılması.
Mal, qoyun , quş ətindən paylı yarımfabrikatların hazırlanması, hazır xörəklərin bişirilməsi və paylaşdırılması.
Menyuda yer alan məhsulların resepturalarının tərtib edilməsi, təsdiqli formasını Maliyyə şöbəsinə təslim edilməsi.
Müxtəlif növ avadanlıqların rasional iş rejimini nəzərdə saxlanılması, müəyyən müddətlərdə təmirinin sağlanması.
Satışa hazırlıq məqsədi ilə mal/ materialların təmin edilməsi üçün ehtiyac siyahısının tərtib edilməsi və sifarişin aydiyyatı sahələrə göndərilməsi.
Müxtəlif diyetik yeməkləri hazırlayır.
Yeməkləri porsiyalara bölünməsi və vaxtında satışa təhvil verilməsi.
Aşpaz köməkçilərə təlimat vermək və görülən işlərə nəzarət etmək.
Tələblər
Təhsil: Kulinariya sahəsində təhsil arzuolunandır
Yaş həddi – 30-55 yaş. (Yalnız BƏY namizədlər)
Təcrübə: 5 ildən artıq (keytring şirkətində təcrübə arzuolunandır)
Etik davranış qaydalarına sahib olmalı.
Diqqətli, məsuliyyətli və cəld olmalı.
Komandada işləmək bacarığı.
İş şəraiti:
Ünvan: Sumqayıt
Əmək haqqı: 2000-2200 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq)
Nahar şirkət tərəfindən verilir