Daxili audit üzrə mütəxəssis / aparıcı mütəxəssis

May 22, 2025
Müraciət sonu: İyun 20, 2025
İndi Müraciət Et

İş Təsviri

Kontakt Home

Vəzifə öhdəlikləri:

İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:

Ali təhsil;
Maliyyə Hesabatları üzrə biliklər;
ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
Səlis Azərbaycan dili və dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Vaxtın səmərəli idarəedilməsi bacarığı;
Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
Obyektiv düşünmək bacarığı.
İş şəraiti:

İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.