Smetaçı mühəndis

May 22, 2025
Müraciət sonu: İyun 20, 2025
İndi Müraciət Et

İş Təsviri

Veysəloğlu Şirkətlər Qrupu

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

Memarlıq, Konstruksiya və bu kimi digər layihə çizgilərinin spesifikasiyalarının yoxlanılması və hesablanması ;
Layihə tapşırığına və çızgıilərə əsasən İş həcmlərinin hesablanması ;
Hesablanmış iş həsmlərinin layihə spesifikasiyaları ilə müqayisə edilməsi ;
Yoxlanılmış/Müqayisə edilmiş iş həcmlərinə əsasən layihələrin Smeta/Büdcə sənədlərinin formalaşdırılması və hesablanması ;
Smeta/Büdcə sənədlərinin hazırlanması üçün layihə tapşırığına əsasən inşaatı planlaşıdırılan əraziyə baxışların keçirilməsi, müvafiq ölçü işlərinin aparılması, ilkin qeydlərin götürülməsi ;
Layihə büdcəsini hazırlayarkən, spesifik işlər üzrə ixtisaslaşmış şirkətlərlə görüşlərin təyin olunması və bu sahədə yenilikçi ideyaların tətbiqi üzrə müzakirələrin aparılması, inşaatı planlaşdırılan layihələrdə bu yenilikçi ideaların tətbiqinin müzakirəsi ;
Layihə tapşırığı və çızgıilərə əsasən Material va işçilik miqdarlarının hesablanması ;
Hesablanmış miqdarlara əsasən bazar araşdırılması etmək ;
Lazım gəldikdə öncəki dövrlərdə hesablanmış layihə smetalarını/büdcələrin yenilənməsini təmin etmək ;
Hesablanmış smeta/büdcə sənədlərinə layihə rəhbərləri və daha sonra İnşaat direktoru, Üst rəhbərliyə təqdim etmək, müzakirələrin aparılması ;
Müzakirə əsasənda dəyişilmiş vəya dəyişməmiş smeta/büdcə sənədlərini təsdiqlətdirmək ;
Təsdiq olunmuş smeta/büdcə sənədlərinə uyğun olaraq, iş bölgüsü (scope) paketlərinin hazırlanması ;
İş paketlərinə uyğun olaraq işçi layihələrin yoxlanılması və işçi layihələrə uyğun tender BOQ’larının hazırlanması ;
Tender prosesinə başlamaq üçün büdcə, iş həcmləri və iş paketi üzrə müvafiq məsul şəxslərdən Xərclərə nəzarət üzrə Menecerdən, Layihə rəhbərlərindən və İnşaat direktorundan təsdiqlərin alınması ;
Tender prosesinə başlamaq üçün BoQ və tender layihə çızgılərinin, spesifikasiyaların paylaşılması ;
İş Vahidin qiymət analizlərinin hesablanması, 1m2/1m3 üzrə layihə dəyərinin prognozlarının hazırlanması ;
Layihələrin icrası zamani inşaat sahəsinə mütamadi baxışların keçirilməsi, smeta/büccəyə uyğunluq üzrə nəzarətin edilməsi ;
Lazım gəldikrə layihə inşaatının icarı zamanı Sifarişçi tərəfindən əlavə olaraq istənilən tapşırıqların iş həcmlərinin hesablanması ;
Əlavə işlərə görə müvafiq inşaat layihəsinə baxışların keçirilməsi ;
Əlavə işlərin smeta/büdcələrinin hesablanaraq qiymətləndirilməsi, Üst rəhbərlik ilə müzakirələrin keçirilməsi, lazımı təsdiqlərin alınması ;
Tələblər:

Ali təhsil;
Smeta mühəndisi sahəsində minimum 5 il təcrübə.
İngilis dili arzu olunandır.
Rus dili arzu olunandır.
İş şərtləri:

İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir