Layihəçi mühəndis

May 22, 2025
AZN1500 - AZN2000
Müraciət sonu: İyun 21, 2025
İndi Müraciət Et

İş Təsviri

Aznet Technologies

Əməkhaqqı: 1500-2000 AZN

Tələblər:

Təhsil: Ali (Mühəndislik ixtisası üzrə)
Uyğun sahə üzrə ən azı 3 il peşəkar təcrübə;
Autocad, Google earth ( kmz file-larla işləmək), ArcGİS proqramlarını mükəmməl bilməli;
Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
Dil bacarıqları: Azərbaycan və Rus dili sərbəst danışıq və yazma;
Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları;
Vəzifələr:

Ərazilərə layihə üçün texniki baxış keçirilməsi, GPON və FTTH layihələrinin hazırlanması;
Magistrla kabellərin planlarının, çertyojlarının, vizualizasiyalarının və KMZ fayllarının hazırlanması;
Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir;
Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək.
İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq .
İş şəraiti:

İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar.
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina