İş Təsviri
Batıgöz Klinikası
Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz klinikası peşəkar komandası ilə xəstə yönümlü xidmət göstərir. 2004-cü ildən fəaliyyətə başlayan Batıgöz klinikası hal-hazırda Türkiyə daxili və xaricdə müxtəlif ölkələrdə minlərlə vətəndaşa xidmət təqdim edir. Batıgöz klinikası Azərbaycanda 2021-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda Bakı və Sumqayıt şəhərlərində və səyyar klinika olaraq fəaliyyət göstərir.
Namizəd üzrə tələblər:
Ali təhsil (Tibbi və idarəetmə üzrə təhsil arzuolunandır) ;
İşin tələbləri üzrə yalnız bəy namizədlər üçün uyğundur;
Azərbaycan dilini sərbəst bilməsi, rus və ingilis dil biliyinin olması üstünlükdür;
İdarəetmə işləri üzrə təcrübə;
Liderlik bacarığı;
Güclü ünsiyyət və problem həlletmə qabiliyyəti;
Məsuliyyətli və dürüst;
Çevik və analiz etmə qabiliyyəti;
Səbrli, stresə davamlı, dəqiq və məsuliyyətli;
MS Ofis programlarında sərbəst işləmə bacarığı;
İdarəetmə üzrə təlim və sertifikatların olması üstünlükdür;
Vəzifə üzrə tələblər:
Səyyar klinikanın xidmətə başlayacağı region üzrə yerləşmə koordinatlarının icra orqanı ilə razılaşdırmaq;
Səyyar klinikanın xidmətlərindən istifadə edən pasientlərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
Müayinədən keçən və əməliyyata göstərişi olan pasientlərə əməliyyat məlumatlarını, linzalar və digər şərtlər haqqında ətraflı məlumat vermək;
Səyyar klinikaya daxil olan pasientlərin qəbulu, qeydiyyatı, müayinə mərhələlərinin təlimatlara uyğun olaraq vaxtında, dəqiq və düzgün şəkildə həyata keçirilməsini həyata keçirmək;
Səyyar klinikanın texniki problemlərinin aidiyyatı üzrə aradan qaldırılmasına dəstək göstərmək;
Müayinə nəticələrinin tələblərə uyğun olaraq hesabat şəklində hazırlanması və təqdim edilməsi;
Səyyar klinikanın xidməti üzrə ümumi hesabatın hazırlanıb təqdim edilməsi;
Səyyar klinikanın fəaliyyətə başlayacağı regionda komandanın vaxtında iş başında olmasını təşkil etmək;
İş şəraiti və şərtləri:
İş yeri: Səyyar klinika programına uyğun ölkədaxili regionlar
İş qrafiki: 5 günlük
Yemək və otel xərcləri klinika tərəfindən qarşılanır;
İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsnasında bilik və bacarıqlara uyğun olaraq təklif olunacaq.