TOPDAN SATIŞ TƏMSİLÇİSİ

May 22, 2025
AZN900 - AZN1400
Müraciət sonu: İyun 21, 2025
İndi Müraciət Et

İş Təsviri

ASM Company

İş barədə məlumat
– Müştəri bazasının formalaşdırılması, mövcud və yeni müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
– Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
– Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
– Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
– Ziyarət nəticələrinin izlənilməsi;
– Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
– Müştəri bazasını genişləndirmək.

İş şəraiti:
– İş vaxtı: Həftə içi 1-5 gün 09:00-dan 18:00-dək; 6-cı gün 10:00-dan – 18:00-dək
– AR qanunvericiliyinə əsasən sənədləşmə
– Əmək haqqı: müsahibə əsasında
– Korporativ nömrə və danışıq limiti
– Ünvan: Abu Arena Tərəf

Namizədə tələblər
– Ali təhsil;
– Satış sahəsində minimum 2 il iş təcrubəsi;
– Məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, bir sıra tapşırıqları parallel həll etmə bacarığı;
– Diqqətli və məsuliyyətli olmaq,
– MS Office ilə qabaqcıl istifadə bacarıqları;
– Azərbaycan dilində sərbəst danışıq bacarığı, ingilis və rus dilləri üstünlükdür;
– Müştəri portfeli olan namizədlərə üstünlük verilir
– Sürücülük vəsiqəsi: kateqoriya B
– Yaş: 25-35

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “topdan satış təmsilçisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.