SATIŞ ÜZRƏ KOORDİNATOR (KİÇİK MÜTƏXƏSSİS)

Müraciət sonu: İyun 20, 2025
İndi Müraciət Et

İş Təsviri

Hikvision CO MMC

İş barədə məlumat
– Potensial müştərilərin İT ehtiyaclarının qiymətləndirilməsi və məhsulların tövsiyə edilməsi
– Məhsul təklifləri ilə bağlı satış menecerləri ilə məsləhətləşmələr və müzakirələrin aparılması
– Müştərilərdən sorğuların qəbul edilməsi, daxil olan sorğuların üzərində iş, mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması
– Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi
– Müştərilərdən gələn sorğuları, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, endirimlər,zəmanətlər,kampaniyalar və s.)
– Əmək Haqqı Müsahibə əsasında olacaq
– Həftə içi 5 iş günü saat 10:00-dan – 19:00-dək (6-cı gün növbəli, bir həftədən bir)
– Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər
– Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
– Satış və marketinq bacarıqlarının olması
– MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
– Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı
– Komandada işləmək, yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
– Təşəbbüskar olmaq, özünü motivasiya edə bilmək və yaradıcı düşünmək bacarığı/

Biz təklif edirik:
– Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
– Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
– Peşəkar və karyera yüksəlişi üçün imkanlar
– Rəqabətli əmək haqqı və müavinətlər paketi
– Yeni ideya və yanaşmalara açıq mühit.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satış üzrə koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.