Kiçik mütəxəssis

May 23, 2025
Müraciət sonu: İyun 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Meqa Həyat Sığorta

Daxili Audit Xidmətinə yeni komanda üzvlərini dəvət edirik!

Namizədə olan tələblər:

Təhsil: Ali (iqtisadiyyat, maliyyə və audit üzrə arzu olunandır).
Təcrübə – tələb olunmur, istehsalat təcrübələrinin olması üstünlükdür
Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Power Point arzu olunandır;
Şəxsi və işgüzar keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, təşəbbüskar, problemli məsələləri həll edə bilmək, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əsas vəzifə öhdəlikləri:

Biznes proseslər haqqında məlumatları təhlil etmək və tənzimləyici qaydalara uyğunluğunu müəyyən etmək;
Audit yoxlamalarının nəticələrini daxili audit qaydalarına uyğun olaraq sənədləşdirmək;
Biznes proseslərinin iş sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlamaq;
Vəzifə təlimatına uyğun digər işləri və tapşırıqları yerinə yetirmək.
Əmək şəraitinin şərtləri:

Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 400-600 manat aralığında (vergilər nəzərə alınmaqla) müəyyən edilir.
İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.