Event & Corporate Sales Representative

Müraciət sonu: İyun 23, 2025
İndi Müraciət Et

İş Təsviri

Xəzər İnci Otel və Restoran

Ünvan: Buzovna, Bakı

Haqqında:
Xəzər İnci Otel korporativ tədbirləri, biznes görüşləri, şənlik və ailə tədbirləri üçün ideal məkandır. Biz bu istiqamətdə korporativ müştəri bazası olan və ya tədbir şəbəkəsi qurmağı bacaran şəxslərlə faiz əsaslı əməkdaşlıq təklif edirik.

Əsas Məsuliyyətlər:

Şirkətlər, agentliklər və fərdi təşkilatçılarla əlaqə qurmaq
Oteldə korporativ tədbirlərin, şənliklərin, seminarların təşkili üçün müştərilər cəlb etmək
Təkliflər hazırlamaq və qonaqların ehtiyaclarını uyğunlaşdırmaq
Tədbirlərin mütəşəkkil keçirilməsini əlaqələndirmək
Gələn tədbirlərə görə mütəmadi hesabat təqdim etmək
Əməkdaşlıq Şərtləri:

Bu vəzifə üzrə əmək haqqı təklif olunmur
Uğurla cəlb olunan hər bir tədbir və ya müştəri üçün % əsaslı komissiya təqdim olunur
İş saatları sərbəstdir – freelance və ya part-time formada fəaliyyət mümkündür
Otelin təqdim etdiyi xidmətlər və qiymətlər barədə ilkin təlim verilir
Korporativ müştərilərlə işləmək təcrübəsi olanlara üstünlük verilir
Sizin üçün Uyğundursa:

Əgər sizin tədbir şəbəkəniz, korporativ əlaqələriniz və ya sosial çevrəniz varsa
Öz iş saatlarınızı özünüz təyin etmək istəyirsinizsə
Yalnız uğur əsaslı qazanc motivasiyasına sahibsinizsə – bu fürsət sizin üçündür!