İş Təsviri
North West Construction
Vəzifə öhdəlikləri:
Yanacaq Avadanlıqlarının Texniki Xidməti və Təmiri
Yanacaq doldurma məntəqələrində və anbarlarda mexaniki avadanlıqların təmirini və baxışını həyata keçirmək
Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və filtrasiya sistemlərinin işləkliyini təmin etmək
Nasaz və köhnəlmiş hissələri dəyişdirmək, qaynaq və montaj işləri aparmaq
Yeni yanacaq çənlərinin, nasos stansiyalarının və dispenserlərin quraşdırılmasında iştirak etmək
Boru xətlərinin düzgün qoşulmasını və hermetikliyini yoxlamaq
Klapanlar, muftalar, flanslar və digər mexaniki hissələrin sazlanmasını aparmaq
Boru xətlərinin təzyiq testlərini aparmaq və sızmaların qarşısını almaq
Yanacaq ötürmə sistemlərində yaranan nasazlıqları aşkar edib, operativ şəkildə aradan qaldırmaq
Yanacaq nasoslarının və filtr sistemlərinin təmizlənməsi və texniki xidməti
Mexaniki işlər zamanı təhlükəsizlik qaydalarına əməl etmək
Yanacaq avadanlıqları ilə işləyərkən işçi təhlükəsizliyini təmin etmək və avadanlıqların düzgün istifadə olunmasına nəzarət etmək
Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək
Gündəlik və aylıq texniki işlərin hesabatlarını hazırlamaq
Ehtiyat hissələri və avadanlıq tələbləri ilə bağlı sifarişlərin hazırlanması
Quraşdırılmış və ya təmir olunmuş avadanlıqların qeydiyyatının aparılması
Tələblər:
Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili
Çilingər vəzifəsində ən azı 2-3 il iş təcrübəsi
Yanacaq sektoru, neft-qaz və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür
Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək
Hidravlik və pnevmatik sistemlər üzrə anlayışın olması
Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq
Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları
Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması
Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək
CV-nizi məktubun mövzu hissəsində “YDM üzrə çilingər” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.