Elektrik/aparıcı elektrik(Region layihələri)

May 26, 2025
Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Foton

Nə təklif edirik?

Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:

Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:

Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
Elektrik ixtisas sertifikatı (3-cü qrup);
Müvafiq sahə üzrə (elektrik) minimum 5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri: Region
İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.