XƏZİNƏDAR

May 26, 2025
Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Beast Group MMC

İş barədə məlumat
Xəzinədar sifarişlərin qəbulu, qonaqların nağd və kartla hesablaşması və vitrinlərdən məhsulların paylanmasına cavabdehdir.

Vəzifə və Məsuliyyətlər
– Müştərilərdən ödənişi qəbul etmək;
– Pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etmək;
– Kassa aparatlarının və diqər avadanlıqların düzgün işləməsinə nəzarət etmək, yaranan problemlər barədə rəhbərliyə məlumat vermək;
– Kassa əməliyyatlarını həyata keçirmək;
– Günlük/aylıq yekun hesabatlar aparmaq;
– Müştəriləri mehribanlıqla qarşılamaq və müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilərlə əlaqə saxlamaq və onların şikayətlərini dinləyib, həll etmək;
– İş mühitini sanitar qaydalara uyğun və mütəşəkkil saxlamaq;
– Bütün satış təşviqatlarında effektiv və səmərəli şəkildə iştirak etmək;
– Yüksək keyfiyyətli məhsul və xidmət standartlarına uyğunluğa nəzarət etmək;
– Səmərəli, mehriban xidmət standartlarını saxlamaq və komanda işlərinə dəstək olmaq;
– Üstün xidmət təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.

Şərtlər:
– Yeni açılacaq kafeye xəzinədar tələb olunur.
– İş günü/saati – həftədə 6 iş günü, 9 saat,
– İstirahət – həftədə 1 gün,
– Kafe Ağ şəhərdə yerləşir (yaxında yaşayan əməkdaşlara üstünlük verilir)
– Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Namizədə tələblər
– Orta təhsil,
– Müvafiq sahədə 1 il təcrübə
– Kassa aparatı və Pos terminalın istismar qaydalarını bilmək,
– Müştəri xidmətinin əsaslarını bilmək,
– MS Office proqramlarını bilmək (1C proqramını bilənlərə üstünlük verilir),
– Məsuliyyətli, nizam-intizamlı olmaq,
– Detallara diqqət və stressə davamlı olmaq.
– Azərbaycan dilini bilmək (Rus dili bilənlərə üstünlük verilir).

CVanket) +nömrəsinə və yaxud hr@beastcoffee.az ünvanına göndərə bilərsiniz.