Təftiş və Nəzarət üzrə Analitik

Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

SAB şirkəti

İş şəraiti:

İş yeri: ZƏHMƏT RUZİ MMC (SAB)
İş rejimi: Tam iş günü
Departament: Daxili Nəzarət Departamenti
Əsas vəzifə öhdəlikləri:

Əməliyyat fəaliyyəti üzrə məlumatlarının toplanması, təhlili və hesabatların hazırlanması
Müxtəlif əməliyyat və proseslər üzrə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi
Məlumat bazaları və hesabat alətlərindən istifadə etməklə trendlərin, uyğunsuzluqların və potensial risklərin müəyyənləşdirilməsi
Audit nəticələrinin vizuallaşdırılması və rəhbərliyə təqdim edilməsi üçün analitik hesabatların hazırlanması
Uyğunsuz hallarla bağlı araşdırmalarda dəstək göstərilməsi
Namizədə dair tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat, auditvə ya əlaqəli sahə)
Məlumat təhlili, daxili nəzarət və ya audit sahəsində ən azı 1-3 il iş təcrübəsi
Excel və digər məlumat təhlili alətləri ilə işləmək bacarığı (Power BI, SQL və s. arzuolunandır)
Analitik düşünmə qabiliyyəti və detallara diqqət
Güclü hesabat hazırlamaq və təqdim etmək bacarığı
Komandada işləmək və kommunikasiya bacarığı
Yüksək məsuliyyət və etik davranış prinsiplərinə sadiqlik
Üstünlük sayılacaq:

CIA, ACCA və ya analitik sahədə peşəkar sertifikatlar
Power BI, Tableau, SQL kimi platformalarda praktiki bilik
Təklif etdiyimiz:

Əmək haqqı – 1000 AZN net
Peşəkar inkişaf və təlim imkanları
Motivasiyaedici mühit və komanda dəstəyi
Karyera yüksəlişi imkanları
Nahar verilir