İş Təsviri
EAS CATERING MMC
Namizədə aid tələblər:
Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
İş təcrübəsi 1-3 il;
1C və Ofis proqramlarında işləmə bacarığı;
Ciddi, məsuliyyətli, dəqiq olmalı;
Yaş həddi 20-35 arası;
Dil bilikləri: İngilis, Rus dili üstünlükdür.
Vəzifə öhdəlikləri:
Debitor və kreditorlarla üzləşmələrin aparılması;
Gündəlik kassa əməliyyatlarına nəzarət edilməsi və nağd pulların qeydiyyata alınması;
Anbar sistemində daxilolma və silinmələrin qeydiyyatına nəzarət edilməsi;
Muzdlu işlə əlaqədar vahid bəyannamənin tərtib edilməsi;
Əmək haqqı, məzuniyyət, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması və köçürülməsi;
Xəstəlik vərəqələri ilə bağlı sosial sığorta məlumatlarının sistemə daxil edilməsi;
Bank hesabından ödənişlərin və maliyyə öhdəliklərinin vaxtında ödənilməsi;
Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim aktlarının tərtib edilməsi;
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki:
Həftə içi 5 gün saat 08:00-17:00
Əməkhaqqı: net 800 AZN