İş Təsviri
Business Insight International Research Group
Tələblər
Cins: Fərq yoxdur
Ali təhsil
Sahə üzrə 1-3 il iş təcrübəsi olanlara üstünlük verilir
SPSS araşdırma proqramlarını bilənlərə üstünlük verilir (analitik funksiyalarla işləmək bacarığı)
Yüksək səviyyədə MS Excel biliyi
Məntiqi-analitik düşüncə qabiliyyəti
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
İşin qısa təsviri
Həyata keçirilmiş araşdırma layihələrinin analizlərini hazırlamaq;
Hesabatların işlənib hazırlanmasında Layihə Menecerinə zəruri dəstəyi göstərmək;
Məlumatların daxil edilməsi üçün kompüterdə müvafiq SPSS platforması qurmaq;
Yuxarıda göstərilən işlərin icrası zamanı qarşılaşdığı problemlərin öhdəsindən gələ bilmədiyi zaman Layihə Menecerinə müraciət edib, müzakirələr apara bilər;
Davamlı olaraq fəaliyyət göstərdiyi SPSS proqramı üzrə özünü təkmilləşdirməyə və bu istiqamət üzrə işlərin keyfiyyətini artırmağa çalışmaq;
Əldə etdiyi yeni bilik və bacarıqları təlim/təqdimat şəklində şirkətin digər əməkdaşları ilə bölüşmək;