İş Təsviri
Soliton Mağazalar Şəbəkəsi
İş barədə məlumat
– İstifadə edilən avtonəqliyyat vasitəsinin (bundan sonra “Nəqliyyat vasitəsi”) texniki cəhətdən saz vəziyyətinin maksimum dərəcədə qorunması şərtilə onun peşəkar şəkildə idarə olunmasının təmin edilməsi;
– Yol hərəkəti qaydalarına riayət edilməsi, bütün yol nişanlarının gözlənilməsi, qanunvericiliyə uyğun olaraq yol hərəkəti qaydalarına edilmiş bütün dəyişikliklərlə vaxtında tanış olunması;
– İş yerinə vaxtında gəlinməsi, o cümlədən iş növbəsindən sonra nəqliyyat vasitəsinin qarajda (və ya saxlanma yerində) saxlanması;
– Daşınan yük və sərnişinlərin təhlükəsizliyinin qorunması;
– Nəqliyyat vasitəsinin təhlükəsizliyinə və bütövlüyünə nəzarət edilməsi;
– İcra edilmiş bütün əməliyyatların hesabatlarının rəhbərliyə təqdim edilməsi;
– Əmək və istehsal intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət edilməsi.
Namizədə tələblər
– Minimum 3 il sürücülük təcrübəsi;
– BC kateqoriyalı sürücülük vəsiqəsi;
– Bakı və ətraf əraziləri yaxşı tanımaq;
– Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq;
– Anbar daxilində yük daşınması və malların düzgün təhvil-təslimi qaydalarına riayət etmək.