Mətbəx təmizliyi üzrə xidmətçi

May 28, 2025
Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Badamdar Hotel & Residences

Əmək funksiyası:

İş yeri və ətraf əraziləri daim təmiz və səliqəli saxlanılmasını təmin edir
Qabları otelin daxili qaydalarına əsasən yuyur və təmizləyir;
Qazanları, tavaları və digər iri mətbəx qablarını xüsusi qabyuyan maşını vasitəsilə yuyur;
Zibil qablarını təyin olunmuş zibil yığımı qrafikinə uyğun boşaldır;
Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək;
Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
Mətbəx avadanlığının inventarizasiyasında yardım etmək.
Tələblər:

Təhsil:

Orta və ya peşə təhsil
Bilik və Bacarıqlar:

Fiziki dözümlülük;
Kimyəvi vasitələrin istifadə qaydalarını bilmək;
Qabyuyan maşınları və digər yuyucu aparatların istismarı haqqında biliklər
Stress altında işləmək;
Çeviklilik;
Tələblərə və şəraitə uyğunlaşma
Dil bilikləri:

Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili –arzuolunandır
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:

SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:

Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;