İş Təsviri
COLLECT LLC
Vəzifə öhdəlikləri:
• Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
• Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yüklənilməsi;
• Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
• Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
• Müştərilərin maliyyə vəziyyətini qiymətləndirərək uyğun həll yollarının tapılması;
• Təyin olunmuş portfelin idarə olunması;
• Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
• Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
• Müvafiq sahə üzrə 2 il iş təcrübə tələb olunur;
• 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
• Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
• Bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
• Əmək haqqı: 1000-1400 AZN
• İş yeri : Bakı şəh, Nərimanov rayonu
• Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
• 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında hr@kollekta.az ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır