Satınalma və logistika üzrə mütəxəssis

May 28, 2025
AZN1000 - AZN1400
Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Excellent Trade

Əmək funksiyaları:

İdxal sənədləri ilə işləmə təcrübəsi:
Malların idxalı zamanı tələb olunan sənədlərin (faktura, packing list, gömrük sənədləri və s.) hazırlanması və prosesi koordinasiya etmək;
Gömrük brokerləri və logistik partnyorlarla əməkdaşlığın idarə olunması;
İdxal prosesində sənəd dövriyyəsinin dəqiq və vaxtında aparılması.
Müqavilələrlə iş bacarığı:

Müxtəlif kommersiya və hüquqi müqavilələrin hazırlanması, hüquqi və texniki baxımdan yoxlanılması;
Müqavilə müddəalarının düzgün və əhatəli tərtib edilməsi;
Müqavilələrin icra prosesinin izlənilməsi və uyğunluğunun təmin edilməsi;
Müqavilələrdə yaranan hüquqi və əməliyyat suallarına operativ cavab vermək.
Sənədlərin idarə olunması:

Müxtəlif şirkətlərin müqavilə arxivinin yaradılması və effektiv idarə edilməsi;
Sənədlərin düzgün yığılması, sistemləşdirilməsi və elektron formatda saxlanılması;
Tender sənədləri ilə iş təcrübəsi:

Dövlət və özəl sektor tender prosedurlarında iştirak;
Tender sənədlərinin hazırlanması, təqdim edilməsi və izlənməsi;
Rəqabət üstünlüyü yaradan təkliflərin hazırlanması.
Satınalma və logistika təcrübəsi:

Yerli və xarici təchizatçılarla danışıqlar aparmaq və sifarişləri koordinasiya etmək;
Satınalma prosesini effektiv şəkildə idarə etmək, təkliflərin müqayisəsini aparmaq;
Logistika zəncirinin təşkili, daşınma və çatdırılma proseslərinə nəzarət etmək.
Bacarıqlar:

Riyazi və məntiqi biliyi yüksək
Ünsiyyətlilik
Qrammatik düzgün yaza bilmək
Dəqiqlik və diqqətcillik
Kompyuter bacarığı yaxşı səviyyədə (Office proqramları, xüsusən də excel-də yüksək səviyyədə işləmək təcrübəsi)
Üstünlüklər:

Ali təhsil (Humanitar yox, texniki ixtisası bitirənlər seçiləcək)
Oxşar sahədə iş təcrübəsi ən azı 3 il
İş şəraiti

İş rejimi: 5 günlük
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: 1000-1400 Azn (net)