Şirvan filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi

May 28, 2025
Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər

Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Magistr