İş Təsviri
STP Metal Structures
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s. əmrlərinin hazırlanması;
Əmək müqavilələrin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, elektron sisteminə daxil edilməsi;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərin məzuniyyət uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Aylıq tabel və davamiyyətin uçotunu aparılması;
Yeni vakansiya üzrə elanların hazırlanması və axtarış kanallarında yerləşdirilməsi;
Daxil olan CV-in analiz edilməsi, uyğun namizədlərlə ilkin müsahibələrin aparılması, dəyərləndirilməsi və seçilməsi, keçirilmiş müsahibələrin qeydiyyatının aparılması;
Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
Təlimlərin təşkilində iştirak etmək, məkanı, nahar fasiləsini rezerv etmək, təlim materialları hazırlamaq;
Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsində dəstək göstərmək;
Daxili qaydaların və prosedurların hazırlanmasında dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsi.
Namizədə aid tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
ƏMAS elektron sistemində işləmək bacarığı;
Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
5 günlük iş qrafiki
İş yeri: Sumqayıt şəhəri
Könüllü tibbi sığorta təminatı
Korporativ nömrə
Nahar şirkət tərəfindən verilir
Nəqliyyat şirkət tərəfindən təmin olunur
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.