Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

May 29, 2025
Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Askona

Namizəd üçün tələblər:

Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Yaş: 25-40
Dil bilikləri: Rus dili sərbəst bilik
Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
Vəzifələr:

Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
İş şəraiti:

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 1300 AZN