İş Təsviri
Baku Bus
Vəzifə öhdəlikləri:
Qaraj təsərrüfatı ilə bağlı gündəlik inzibati və təşkilati işlərin icrasını təmin etmək;
Gündəlik əməliyyatlar üzrə məlumatların toplanması, sistemləşdirilməsi və aidiyyəti hesabatların hazırlanması;
Texniki xidmət, təchizat və infrastrukturla bağlı daxil olan məlumatların qeydiyyatı və sənədləşdirilməsi;
Sənəd dövriyyəsinin və məlumat axınının vaxtında və düzgün şəkildə təşkili;
Avadanlıqların və əmlakın istifadəsinə, texniki vəziyyətinə dair gündəlik nəzarət proseslərində iştirak etmək;
Qaraj təsərrüfatında görülən işlərə dair statistik məlumatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati xarakterli tapşırıqları icra etmə;
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsilli (İdarəetmə, Logistika, Mühəndislik və ya texniki sahələr üzrə təhsil üstünlükdür)
İnzibati işlər və sənəd dövriyyəsi üzrə azı 1 il iş təcrübəsi;
MS Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
Azərbaycan dilini sərbəst (rus dili biliyi arzuolunandır);
İnzibati əməliyyatların təşkili və koordinasiyası üzrə biliklər;
Sənədlərlə işləmə və hesabatların hazırlanması bacarığı;
Texniki və təsərrüfat sahəsinə dair ümumi anlayışlar;
Məsuliyyətli yanaşma və vaxtında icraetmə vərdişi;
Operativlik və məsuliyyətlilik
Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
Yüksək diqqətlilik və məsuliyyət;
Kommunikasiya və təşkilati bacarıqlar
Analitik və təşəbbüskar yanaşma;
İşçilərlə nəzakətli ünsiyyət;
İş rejiminə və prosedurlarına riayət;
Komandada işləmə bacarığı;
İş şəraiti:
İs yeri: Gəncə şəhəri;
İş vaxtı: 09.00-18.00;
Peşəkar,mehriban komandada iş;
Karyera yüksəlişi üçün perspektiv;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.