Tikintidə Keyfiyyətə Nəzarət üzrə Mühəndis

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

GSN

Əsas vəzifə və öhdəliklər:

İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması, sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması, obyektdə yerinə yetirilən hər bir iş üzrə yoxlama vərəqlərinin hazırlanması, yoxlanması və qeydlərin aparılması, gündəlik yerinə yetirilmiş işlər, işçilərin sayı, işin aparıldığı ərazi göstərilməklə gündəlik hesabatların hazırlanması və yayımlanması, üstü örtülən işlərin aktlarının iş içraçısı tərəfindən hazırlanmasına, doldurulmasına və maraqlı tərəflər arasında imzalanmasına, möhürlənməsinə nəzarət və bu aktların saxlanması üçün KN departamentinə verilməsinə cavabdeh olmalıdır.
Sahədə işlərin layihəyə uyğunluğunu yoxlamalı, yerinə yetirilmiş işlərin İnşaat Norma və Qaydalarının normalarına uyğunluğu barədə hesabat verməlidir.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Təhsili: ali
Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
Komandada işləmək bacarığına sahib olmalı;
Yaş həddi : 25-50 yaş
İş təcrübəsi: müvafiq sahədə minimum 3 il təcrübə
Proqram təminatı: MS Office
Bilməlidir:

Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını
İş şəraiti:

6 günlük iş qrafiki;
İş yeri: Yevlax şəhəri;
Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.