MÜHASİB

May 30, 2025
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

FAMGroupConsulting LLC

İş barədə məlumat
– İş yeri: Bakı şəhəri, Yasamal rayonu
– İş qrafiki: Altı günlük iş rejimi (bazar günü istirahət)

Əsas vəzifə öhdəlikləri:
– Satış və alış əməliyyatlarının hissəvi şəkildə 1C proqram təminatına daxil edilməsi
– Bank və kassa əməliyyatlarının 1C proqramına işlənməsi
– Satış müqavilələrinin sistemləşdirilməsi, qovluqlara yığılması və arxivləşdirilməsi
– Yeni materialların və kontragentlərin sistemə əlavə olunması (kartların açılması)
– Müəyyən dövrlərlə debitor və kreditor borclar üzrə hesabatların hazırlanması və təqdim edilməsi.

Biz sizə təklif edirik:
– Stabil və rəqabətli əmək haqqı
– Mehriban və dəstəkləyici iş mühiti
– Təcrübəli komandada peşəkar inkişaf imkanı
– Karyera yüksəlişi üçün real perspektivlər.

Namizədə tələblər
– Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
– Mövcud sahədə 1 ildən 3 ilə qədər iş təcrübəsi
– Yaş aralığı: 22–30 yaş
– Yüksək səviyyədə məsuliyyət və dəqiqlik
– Ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti
– MS Office proqramları ilə sərbəst işləmə bacarığı
– 1C 8.3 proqramında təcrübə mütləqdir

Müraciət qaydası:
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədsinizsə, CV-nizi “Mühasib” başlığı ilə hr@famgroupconsulting.az elektron ünvanına göndərməyinizi xahiş edirik.