İş Təsviri
Vision Academy
İş haqqında:
Əmək haqqı: Razılaşma yolu ilə.
ARƏM uyğun işə qəbul.
6 günlük iş qrafiki.
Vəzifə Öhdəlikləri:
Tədris proqramlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.
Müəllim və tələbələrlə effektiv koordinasiyanın təşkili.
Dərs cədvəllərinin tərtibi, izlənməsi və müvafiq sənədləşmə işlərinin aparılması.
Tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə təkliflərin hazırlanması və təqdim olunması.
Təhsil prosesinə dair normativ sənədlərin və daxili qaydaların hazırlanması.
Tədris heyətinin iş fəaliyyətinin izlənməsi və performans qiymətləndirməsinin təşkili.
Namizədə Tələblər:
Ali təhsil (Təhsil, Pedaqogika, Menecment və ya əlaqəli sahələr üzrə).
Yeni məzun olmuş (2024-2025), akademik göstərici balları yüksək olan və ya administrativ sahədə müəyyən təcrübəyə malik namizədlərə üstünlük verilir.
MS Office proqramlarında sərbəst işləmə bacarığı.
Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq qabiliyyəti.
Məsuliyyətli, dəqiq, təşəbbüskar və komandada işləmək bacarığına malik olmaq.
Ünvan: Zahid Xəlilov 25A, Bakı
Vakansiyaya uyğun olan namizədlər müraciət üçün link-ə daxil olaraq forumu doldura bilər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSc-d7ZYPbbUaxF6M0nUjv0Hk6frWHPgQQKU-6zLa8FXQAhbdg/viewform?usp=header