Baş mühasib

İyun 2, 2025
AZN2000 - AZN2500
Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

MY SHOPS MMC

Əsas vəzifə və öhdəliklər:

My Group Holdingin tərkibində fəaliyyət göstərən şirkətlərin maliyyə və mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək
Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
Satış əməliyyatlarının uçotunun düzgün aparılmasına nəzarət
Mühasibatlıq üzrə daxili nəzarət mexanizmlərinin yaradılması və tətbiqi
Maliyyə hesabatlarının (balans, P&L və s.) hazırlanması və rəhbərliyə təqdim olunması
1C 8.2 və 8.3 proqramlarında gündəlik əməliyyatların və hesabatların aparılması
Əməkhaqqı, ezamiyyət, məzuniyyət və sair hesablamaların düzgünlüyünə nəzarət
Vergi və audit yoxlamalarına hazır olmaq və onları müşayiət etmək
Maliyyə komandası üzvlərinə rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək
Tələb olunan bilik və bacarıqlar:

Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahələr üzrə)
Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini əla səviyyədə bilmək
1C 8.2 və 8.3 proqram təminatında sərbəst işləmək bacarığı
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (formullar, pivot table, maliyyə modelləri və s.)
Satış sahəsində (topdan və ya pərakəndə) minimum 5 il baş mühasib və ya aparıcı mühasib kimi iş təcrübəsi
Maliyyə hesabatlarının hazırlanmasında təcrübə
Məsuliyyətli, dəqiq və nəticəyə yönəlik çalışma bacarığı
Analitik düşüncə və problem həll etmə bacarığı
Komandada işləmə və rəhbərlik etmə bacarığı
Audit və vergi yoxlamaları ilə iş təcrübəsi
E-ticarət və ya çoxşirkətli strukturla işləmə təcrübəsi
Rus və ya ingilis dili bilikləri (arzuolunandır)
PMS mütləqdir
Beynəlxalq mühasibat uçotu (IFRS) bilikləri (üstünlükdür)
İş şəraiti:

Əmək haqqı: 2000-2500 AZN.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.