İş Təsviri
Caffècino
Caffècino kassir vəzifəsinə xanım işçilər axtarır.
Vəzifələr
Ödəniş əməliyyatlarını həyata keçirmək:
Ödəniş əməliyyatlarını həyata keçirən zaman texniki təlimatlara uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərini görmək;
Qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verəndək yoxlamaq, təhlükəsiz şəkildə saxlamaq;
Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək;
Müştəriyə qəbz/qaimə təqdim etmək;
Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
İmtina olan sifarişin ödənişlərini geri qaytarmaq;
Gündəlik və dövri hesabatlıq;
Tələblər
Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
Ünsiyyətcil, məsuliyyətli və diqqətli namizədlərə üstünlük veriləcək
Yaş limiti 18-28
İş şəraiti
Əmək haqqı: Aylıq maaş – 500 AZN
Əlavələr: tips, faiz və bəzi aylarda mükafat
Rəsmi əmək müqaviləsi
İş qrafiki: həftədə 6 iş günü / 1 istirahət günü
Maaş artımı perspektivi mövcuddur
İş yeri: Ceyhun Hacıbəyli küçəsi 85 (Gənclik m/st yaxınlığı)