İş Təsviri
ACON Consulting
“ACON Consulting” MMC hüquq sahəsində praktiki biliklərini və vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Kiçik-hüquqşünas” vakansiyasını elan edir.
Namizədə dair tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (müvafiq sahədə başlanğıc praktik təcrübəsi olanlara üstünlük veriləcəkdir)
İngilis dilində B2 səviyyəsində olmalı
Ünsiyyət qurma və komandada işləmək bacarığı
Görüləcək işlər:
Müqavilələrin tərtibi,
Hüquqi rəylərin hazırlanması,
Sorğu, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin və ərizələrin yazılması.
Müştərilərin və şirkətin maraqlarının müvafiq dövlət qurumlarında təmsil olunması
Veriləcək digər hüquqi tapşırıqların icra olunması
İş şəraiti
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
İş vaxtı həftənin 1-5 ci günlər (tam iş qrafiki)