İT xidmətlərinin satışı üzrə menecer (uzaqdan iş)

Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Professional İT MMC

Biz CRM, ERP, AI/BI sistemləri, veb və mobil tətbiqlər daxil olmaqla fərdi proqram təminatı hazırlayan komandayıq. Aktiv və təşəbbüskar satış meneceri axtarırıq ki, yeni müştərilər tapsın və biznesin inkişafına dəstək olsun.

Vəzifələr:

Yeni müştərilərin axtarışı (B2B, dövlət sektoru, beynəlxalq müştərilər)
Şirkətin xidmətlərinin təqdimatı və danışıqların aparılması
Kommersiya təkliflərinin hazırlanması və razılaşmaların əldə olunması
Müqavilə bağlanana qədər müştəri ilə əlaqənin saxlanması
Tələblər:

İT və ya rəqəmsal sahədə satış təcrübəsi (ən az 1 il)
Müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı
İT xidmətləri və texnologiyalar haqqında anlayış
Müstəqil işləmək və nəticəyə fokuslanmaq bacarığı
Səlis yazılı və şifahi nitq (rus dili mütləqdir, ingilis dili üstünlükdür)
Şərtlər:

Uzaqdan iş, sərbəst iş qrafiki
Fix maaş + bağlanmış müqavilələrdən faiz
Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanları