ÇAĞRI MƏRKƏZİ ÜZRƏ MÜTƏXƏSSİS

İyun 4, 2025
AZN500 - AZN800
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

FastNet Technology

İş barədə məlumat
– Telefon zəngləri və sosial şəbəkələr üzərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
– Müştərilərə şirkətin xidmətləri barədə ətraflı məlumat və düzgün istiqamət vermək;
– Gələn müraciətləri daxili sistemdə qeydiyyata almaq və müvafiq kateqoriyalar üzrə yönləndirmək;
– Şikayət, təklif və sualları dinləmək, operativ şəkildə həll etmək və ya aidiyyəti struktur bölməyə yönləndirmək;
– Zərurət yarandıqda geridönüş zəngləri həyata keçirmək;
– Daxil olan zənglərin və yazılı müraciətlərin elektron reyestrini aparmaq və gündəlik/aylıq hesabatlar hazırlamaq;
– Müştərilərlə mehriban, təmkinli və etik davranış normalarına uyğun ünsiyyət qurmaq.
– Həftə içi 5 iş günü

Namizədə tələblər
– Azərbaycan və Rus dillərində danışıq və yazı bacarığı;
– Yüksək səviyyədə ünsiyyət qurma, dinləmə və stressə davamlılıq;
– Komandada işləmə bacarığı və operativlik;
– Kompüter bilikləri və ofis proqramlarında sərbəst işləmək bacarığı (MS Office, e-mail və s.);
– Müştəriyönümlü düşüncə və təşəbbüskar yanaşma.

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Çağrı Mərkəzi üzrə Mütəxəssis” yazmaqla hr@fnt.az e-poçt ünvanına göndərin.