Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri

Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Araz Supermarket

Araz Supermarketlər Şəbəkəsi “Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri” vakansiyası üzrə işə qəbul elan edir!

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Öhdəliklər

Aktivlərin uçotu ilə bağlı bütün mühasibat proseslərini idarə etmək və nəzarət etmək
Aktivlərin mühasibatlığı sisteminin düzgün və effektiv işləməsini təmin etmək
Dövri xərclər hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
İllik, rüblük və aylıq maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək
Aktivlərlə bağlı proqnozları hazırlamaq və aktivlərin büdcələrini tərtib etmək
Aktivlərin axınlarını təhlil edərək gələcək planlaşdırılmasını həyata keçirmək
Maliyyə nəticələrini təhlil etmək və aktivlərin mühasibatlığı ilə bağlı təkliflər vermək
Tələblər

Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
Mühasibatlıq sahəsində 4-5 il iş təcrübəsi
SAP bilikləri üstünlükdür
ACCA F3, F7
PMS sertifikatı üstünlükdür
Güclü ünsiyyət bacarığı
Qərarvermə və problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Liderlik keyfiyyətləri
Təminatlar

Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük iş qrafiki
Servis xidməti mövcuddur