İş Təsviri
Zeta Group
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
Audit sahəsində minimum 2 il iş təcrübəsi;
Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
Daxili audit planına uyğun olaraq yoxlamaların həyata keçirilməsi;
Maliyyə sənədlərinin və əməliyyatların düzgünlüyünün yoxlanılması;
Risklərin təhlili və potensial uyğunsuzluqların müəyyən edilməsi;
Anbar və digər fiziki aktivlərin dövri sayım və təftiş işlərinin təşkili və icrası;
Aşkarlanmış uyğunsuzluqlarla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Audit nəticələri əsasında təkmilləşdirmə təkliflərinin verilməsi;
Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.
İş şəraiti:
İş vaxtı: 5 günlük iş həftəsi;
İş saatı 9:00 –dan 18:00 -dək.