İnşaat mühəndisi

İyun 5, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Improtex Karabakh Industrial Complex LLC

Vəzifə öhdəlikləri:

Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini, təmin-edir;
Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (aktlar, beton işləri jurnalı və s.);
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
Beton konstruksiya, izolyasiya və qazıntı əks doldurma işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək.
Layihə üzrə demir beton konstruksiyalarında vizual, ölçmə və test sınaqlarında iştirak etmək
Tələb olunan göstəricilər:

Kişi;
Yaş 25-45:
Ali tikinti və texniki təhsilli;
Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
MS Office proqramlarından yaxşı istifadə bacarığı; Autocad proqramını bilmək arzuolunandır;
Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
İş barədə məlumat:

İş qrafiki: 6 günlük;
İş saatları: I-V 09:00-17:00, VI 09:00-16:00;
Əmək haqqı: 1000 – 1500 Azn;
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi 15, İmprotex İndustries MMC-nin İnzibati binası;
Çatdırılma: Servis Xidməti