ƏMƏK HAQQI MÜHASİBİ

İyun 5, 2025
AZN500 - AZN600
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

RİCH S.A. MMC (Millennium Dondurma Zavodu)

İş barədə məlumat
– Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
– Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
– Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
– Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
– Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
– İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ,Binəqədi şossesi, ev 4A
– İş vaxtı: 1 – 6 ci günlər 09:00 dan – 18:00- a dək
– Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər
– Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
– Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
– MS Excel üzrə biliklər;
– 1 C proqramında sərbəst işləmək bacarığı;
– Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
– Komandada işləmə bacarığı.